Accessibility links

Moqadişuda baş verən partlayışdan sonra sakinlər yürüş keçirir


Moqadişuda baş verən ən ölümcül bomba hücumundan sonra yürüş keçirən minlərlə insan qarşısında çıxış edən Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd Əl-Şəbaba qarşı mübarizəni güncləndirəcəyinə söz verib.

Çərşənbə günü Moqadişu və Somalinin digər böyük şəhərlərində on minlərlə insan yürüş keçirib. Onlar 300 nəfərin ölümü və 400-dən çox insanın yaralanması ilə nəticələnən böyük partlayışı törədənləri qınayıblar.

Prezident yürüşdə nümayişçiləri ölənlər və yaralılar üçün dua etməyə çağırıb. Hökümət partlayışa görə İslamçı militant qrup Əl-Şəbabı günahlandırır.

“Biz Əl-Şəbabla mübarizəyə və kimsəsiz uşaqlara 14 milyon ABŞ dolları ayırmışıq. Biz ilk öncə Əl-Şəbabın ən son həyata keçirdiyi yük maşını bombalaması nəticəsinə kimsəsiz qalan uşaqlarla başlayacağıq”, Məhəmməd Abdullahi Məhəmməd bildirib.

Əl-Şəbab şənbə baş verən və Somali tarixinin ən ölümcül terror hücumunun məsuliyyətini üzərinə almayıb.

Son 10 il ərzində qrup höküməti devirmək və Somalidə şəriət qanunu tətbiq etmək kampaniyasının bir hissəsi olaraq Moqadişuda onlarla otel, restoran və digər məkanları bombalayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG