Accessibility links

Moqadişuda bomba partlayışı səbəbilə 3 nəfər həlak olub


Somalinin paytaxtı Moqadişuda maşına yerləşdirilmiş bomba partlayışı səbəbilə 3 nəfər həlak olub.

Hadisə zamanı azı 6 nəfər xəsarət alıb. Bomba əsgərlərin prezident sarayı yaxınlığında yoxlanış apararkən işə düşüb.

Şəhər merinin sözçüsü bildirib ki, bomba uzaqdan idarə edilən cihazla partladılıb.

Hücumun məsuliyyətini ekstremist Əl-Şəbab qrupu üzərinə götürüb.

Bu qrup son zamanlar Somali və qonşu Keniyada hücumlarını intensivləşdirib.

Əl-Şəbab bazar günü səhər Birləşmiş Ştatların Keniyadakı anti-terror qüvvələrinin hərbi bazasına hücum edərək, ABŞ Müdafiə Nazirliyinin üç əməkdaşını öldürüb.

Ordunun bildirdiyinə görə, Manda Beydəki hava limanına hücum zamanı Birləşmiş Ştatlara məxsus bir neçə təyyarə və nəqliyyat vasitəsini sıradan çıxaran Əl-Qaidə ilə əlaqəli qrupun Şərqi Afrika ölkəsində ABŞ qüvvələrinə qarşı ilk hücumu olub.

Keniyanın hərbi sözçüsü qarşıdurma zamanı beş hücumçunun öldürüldüyünü bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG