Accessibility links

İsrail və HƏMAS arasında atəşkəsin ikinci günündə Qəzzaya əlavə yardım gözlənilir


Şənbə günü İsraillə Qəzzaya nəzarət edən HƏMAS militant qrupu arasında əldə olunan atəşkəsin ikinci günündə Misirin Rəfah keçid məntəqəsi ilə Qəzzaya əlavə 70 yük maşını daxil olub.

HƏMAS-ın nəzarət etdiyi Qəzza zolağına aparan Misirin Rəfah keçid məntəqəsində müşahidəçilər deyir ki, şənbə günün yarısına qədər Misirdən Qəzzaya yanacaq və yardım təchizatları ilə dolu 70-dən çox yük maşını daxil olub. HƏMAS-ın sözçüsü Qətərin Al-Jazeera televiziyasına bildirib ki, Qəzzaya daxil olan yardım təchizatları arasında ərzaq, yanacaq, su və tibbi ləvazimatlar olub.

İsrail və HƏMAS arasında əsir və girov mübadiləsinin ikinci mərhələsinin də şənbə günü günortadan sonra həyata keçirilməsi gözlənilirdi. Belə ki, İsrail daha 42 fələstinli məhbusu həbs mərkəzlərindən çıxarıb. HƏMAS-ın isə 14 israillini Misirə təslim edəcəyi gözlənilirdi.

İordan çayının qərb sahilində fələstinli insan hüquqları müşahidəçisi Qaddura Fəris mətbuat konfransında deyib ki, məhbus mübadiləsi “ədalətsiz” idi, çünki İsrail seçdiyi girovlar müqabilində azad etdiyi fələstinlilərin adlarını da seçib. Amerikanın Səsi bu iddianı müstəqil şəkildə təsdiq edə bilməyib.

O deyib ki, İsrail daha uzun müddət həbsdə qalan məhbusların ilk sərbəst olunmalı olduğuna dair məhbus mübadiləsi prinsipinə hörmət etməyib.

İsrail baş naziri Benyamin Netanyahu isə öz növbəsində X sosial media platformasında bildirib ki, o, şəraitdən asılı olmayaraq, bütün israilli girovları geri qətirmək qətiyyətindədir.

“Biz girovların ilk qrupunun qaytarılmasını yenicə başa çatdırdıq. Uşaqlar, onların anaları və başqa qadınlar. Onların hər biri bir dünyadır. Amma mən sizə, ailələrə və sizə, İsrail vətəndaşlarına vurğulayıram ki, biz bütün girovları qaytarmağa sadiqik. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə çatmağa sadiqik,” o deyib.

Qəzzada HƏMAS-ın sözçüsü Tahid Nunu da Qətər-in Al-Jazeera televizyasına şikayət edib ki, İsrail Qəzzanın şimalına təxminən üç yük maşınından çox yardımın daxil olmasına icazə vermir ki, bu da hazırkı dörd günlük atəşkəsi “təhlükəyə atır.”

İsrail daha öncə nəzərdə tutulduğu kimi mülki əhali əvəzinə HƏMAS-ın əlinə keçə biləcək yanacaq və başqa yardım ləvazimatları göndərməyin əleyhinə olduğunu bildirib

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG