Accessibility links

Vəkillər Baydenin evində əlavə məxfi sənədlər aşkar edib


Ağ Ev şənbə günü etiraf edib ki, Prezident Co Baydenin vəkilləri onun Delaver ştatının Vilmiqton şəhərindəki evində daha çox məxfi sənəd tapıblar.

Ağ Evin vəkili Riçard Sauber açıqlamasında bildirib ki, Baydenin özəl kitabxanasında axtarış zamanı ümumilikdə altı səhifəlik məxfi sənəd aşkar edilib. Ağ Ev daha öncə bir səhifənin tapıldığını bildirmişdi.

Bundan əlavə dekabr ayında Baydenin qarajında və noyabr ayında Vaşinqtonda Penn Bayden Mərəzindəki keçmiş ofisində vitse-prezidentlik dövrünə aid sənədlər tapılıb. Hazırda ABŞ-ın keçmiş prokuroru Robert Hur Obama administrasiyasından məxfi məlumatlar və rəsmi sənədlərin yanlış yerdə saxlanılması ilə bağlı təhqiqat aparır. O, cümə günü ABŞ-ın baş prokuroru Merrik Qarland tərəfindən xüsusi prokuror təyin olunub.

Suber şənbə günü açıqlamasında bildirib ki, Baydenin müvafq təhlükəizlik yoxlanışından keçməyən şəxsi vəkilləri çərşənbə günü ilk səhifəni tapandan sonra axtarışı dayandırıb. Sauber qalan sənədləri cümə axşamı Ədliyyə Departamentinə yardım edərkən tapıb.

“Mən onu məni müşaiyət edən Ədliyyə Departamenti rəsmilərinə təqdim edərkən, onun yanında olan sənədlər arasında məxfilik işarəsi olan daha beş, ümumilikdə altı səhifə tapılıb,” Sauber deyib. “Yanımda olan Ədliyyə Departamenti rəsmiləri dərhal onları aldı.”

Sauber daha öncə demişdi ki, “Ağ Ev əmindir ki, hərtərəfli yoxlama bu sənədlərin ehtiyatsızlıqdan yanlış yerə qoyulub və prezident və onun vəkilləri bu səhvi aşkar etdikdən sonra dərhal hərəkətə keçiblər.”

Sauber açıqlamasında Ağ Evin məxfi səndələrin yeni sayı ilə bağlı məlumatı açıqlamaq üçün iki gün gözləməsinin səbəbini izah etməyib. Ağ Ev onsuz da Baydenin ofisində ilk sənədlərin tapıldığını iki ay sonra etiraf etdiyinə görə təftişlə üz-üzədir.

Cümə günü Baydenin əlavə axtarışlar zamanı başqa məxfi sənədlərin aşkar olunmayacağına zəmanət verə bilib-bilməyəcəyinə dair sauala cavab olaraq Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib ki, “Bəli, bunun bitdiyini güman edə bilərsiniz.”

XS
SM
MD
LG