Accessibility links

Rusiyada müharibə əleyhinə keçirilən aksiyalarda 460-dan çox insan saxlanılıb


Rusiyanın bir çox şəhərində artıq üçüncü gündür Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin əleyhinə etiraz aksiyaları davam edir. Təkcə 26 fevral tarixində Moskva vaxtı ilə saat 22:15-ə olan məlumata görə, 34 şəhərdə 467 insan saxlanılıb.

Üç gün ərzində müharibə əleyhinə etirazlar zamanı ən azı 3052 insan saxlanılıb. Bu barədə OVD-İnfo təşkilatı məlumat yayıb.

Rusiya silahlı qüvvələri 24 fevraldan bəri Ukrayna boyu hədəflərə hava zərbələri endirir. Kyivdə atışma başlayıb. Ukrayna ordusu işğalçı rus bölmələrinə qarşı döyüşür.

XS
SM
MD
LG