Accessibility links

Moskva metrosundakı qəza azı 21 nəfərin ölümünə səbəb olub [Fotoqalereya]


Moskvanın mərkəzində səhər metro qatarının elsdən çıxaraq qəzaya uğraması 20 nəfərin ölümünə, 150-dən çox insanın yaralanmasına səbəb olub.

Fövqəladə hallar rəsmiləri qatarın iki stansiya arasında qəflətən dayandığına görə relsdən çıxdığını deyirlər. Rəsmilər hadisə yerindən mindən çox insanın evakuasiya edildiyini bildirib.

Rusiya televiziyası yerin altında qatarda baş verən səhnələrini təsvir edərək, insanlar arasında panika yarandığını və qatar qəfil dayanan zaman insanların biri-birinin üstünə yıxıldığını bildirib.

Televiziyada xilasetmə işçilərinin yaralananları hadisə yerindən çıxardığı, tibb işçilərinin isə xəsarət alanlara hadisənin baş verdiyi yer yaxınlında yardım göstərdiyi nümayiş etdirilib.

Associated Press xəbər agentliyi ağır yaralananlardan bir neçəsinin hadisə yerindən havaya qaldırılaraq aparıldığı haqda məlumat verib.

XS
SM
MD
LG