Accessibility links

Moskva Britaniya baş naziri Consonun Rusiyaya girişini qadağan etdi


Britaniyanın müdafiə naziri Ben Vallas, Baş nazir Boris Conson və xarici işlər naziri Liz Truss.
Britaniyanın müdafiə naziri Ben Vallas, Baş nazir Boris Conson və xarici işlər naziri Liz Truss.

Rusiyanın xarici işlər nazirliyi şənbə günü Britaniya Baş Naziri Boris Conson, xarici işlər naziri Liz Truss, müdafiə naziri Ben Vallas və Britaniyanın 10 digər hökumət üzvü və siyasətçisinin ölkəyə girişini qadağan etdiyini bildirib.

Nazirlik bəyanatında bildirib ki, bu addım “Britaniya hökumətinin görünməmiş düşmənlik hərəkətini, xüsusilə də Rusiyanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərə alınaraq” atılıb və əlavə edib ki, yaxında bu siyahını genişləndirəcək.

Kreml Ukraynanın ən sadiq dəstəkçilərindən biri olan Consonu “Rusiya əleyhdarı olmaq yarışının ən fəal iştirakçısı” kimi təsvir edib.

Conson bir həftə öncə Kyivi ziyarət edib. Orada o, Ukrayna Prezidenti Volodimir Zelenski bir-birilərini Moskvanın “xüsusi əməliyyat” adlandırdığı Rusiyanının hərbi müdaxiləsindən bəri əməkdaşlıqlarına görə tərifləyiblər.

“Birləşmiş Krallıq və bizim beynəlxalq tərəfdaşlarımız Rusiya hökumətinin Ukraynadakı qınağa layiq əməllərini pisləyir və Kremli müharibəni dayandırmağa çağırır,” Britaniyan hökumətinin sözçüsü Moskvanın Conson və başqa britaniyalı siyasətçilərə qadağa qoymaq qərarına cavab olaraq deyib.

“Biz Ukraynaya dəstəyimizi qətiyyətlə davam etdiririk,” sözçü əlavə edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG