Accessibility links

Moskva meri səmada iki dron vurulduğunu bildirib


Moskva meri Sergey Sobyanin Hava Hücumundan Müdafiə Qüvvələrinin Moskva vilayətində iki pilotsuz təyyarəni vurduğunu bildirib.

"Şəhərin üzərində iki döyüş pilotsuz aparatın uçuş cəhdi olub. Hər ikisi Hava Hücumundan Müdafiə vasitəsi ilə vurulub. Biri Domodedovo ərazisində, ikincisi Minsk şossesi ərazisində," o yazıb.

Onun sözlərinə görə, vurulan uçuş aparatlarının parçalarının düşməsi nəticəsində ölənlər barədə məlumat olmayıb.

Daha sonra vurulan iki pilotsuz təyyarə ilə bağlı Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Nazirliyi məlumatına görə, pilotsuz təyyarələr Moskva vilayətindəki obyektlərə hücum etməyə çalışıb.

Rusiyanın Telegram kanalları Odintsovo rayonunun Minsk şossesi yaxınlığında pilotsuz təyyarələrdən birinin məhv edildiyi iddia edilən anın videosunu yayıb.

Avqustun 6-da da Sobyanin pilotsuz təyyarə ilə hücuma cəhd edildiyini bildirib. Uçuş aparatı Moskvaya yaxınlaşarkən vurulub.

Rusiya Federasiyası Müdafiə Nazirliyi də pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, pilotsuz təyyarə Moskva vilayətindəki obyektlərə hücum etməyə cəhd edib və Podolski rayonu ərazisində məhv edilib. "Report" xəbər verir ki, tələfat və dağıntı yoxdur.

"Baza" Telegram kanalı yazıb ki, Podolsk səmasında vurulan pilotsuz təyyarənin qalıqları Selxoztexnika kəndinin Sadovaya küçəsindəki uşaq meydançasına düşüb. Partlayış zamanı yaxınlıqdakı evlərin şüşələri sınıb.

Forum

XS
SM
MD
LG