Accessibility links

Moskvada qatar toqquşması


Moskvada sərnişin qatarı ilə elektrik qatarının toqquşması nəticəsində 50-dən çox adam xəsarət alıb.

Onların 12-i xəstəxanaya çatdırılıb.

Bu barədə AzadlıqRasdiosu TASS RT.com və digər mənbələrə istinadən xəbər verir.

Elektrik qatarı bazar gününə keçən gecə Moskva-Brest sərnişin qatarı ilə toqquşub.

İlkin məlumatlara görə, qəzaya səbəb elektrik qatarının əyləc sistemində yaranan nasazlıq olub.

RİA Novosti-nin məlumatına görə, elektrik qatarının sürücüsü adamı vurmamaq üçün əyləci qəflətən basıb və əyləc sistemi sıradan çıxdığına görə elektrik qatarı geri gedərək arxa mənzildə durmuş sərnişin qatarı ilə toqquşub.

Nəticədə lokomotiv və bir neçə vaqon xətdən çıxıb.

Hazırda Belarus istiqamətində qatarların hərəkəti bərpa olunub.

XS
SM
MD
LG