Accessibility links

Moskva yaxınlığında təyyarə qəza enişi edib


Rusiyada sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra Moskva yaxınlığında qəza enişi etmək məcburiyyətində qalıb.

Göyərtəsində 233 sərnişin olan təyyarə havaya qalxdıqdan bir qədər sonra quş sürüsü ilə toqquşub. Toqquşmadan sonra təyyarə qarğıdalı tarlasına qəza enişi etmək məcburiyyətində qalıb. Səhiyyə Naziriyinin verdiyi məlumata görə, hadisə zamanı ölən olmayıb, 23 nəfər yaralanıb.

Rusiya mülki aviasiya idarəsinin nümayəndəsinin sözlərinə görə, Ural Hava Yolları şirkətinin təyyarəsi qəza enişi edərkən onun mühərriki söndürülüb və şassiləri bağlı olub.

Dövlət televiziyasına müsahibə verən sərnişinlərdən biri təyyarənin havaya qalxdıqdan qısa müddət sonra güclü silkələnməyə başladığını və salonda yanıq qoxusu dolduğunu söylədi.

Pilot təyyarəni ''ustalıqla'' endirə bilməsi və bu qədər insanın həyatını xilas etdiyi üçün ''qəhrəman'' adlandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG