Accessibility links

Moskvanın hava limanlarında uçuşlar məhdudiyyətlərlə həyata keçirilib


Rusiya rəsmilərinin bildridyinə görə, uçuşlara məhdudiyyətlər şəhərdəki tüstü səbəbindən edilir

Rusiya rəsmilərinin bildridyinə görə, bu gün şəhərdəki tüstü səbəbindən Moskvanın hava limanlarında uçuşlar məhdudiyyətlərlə həyata keçirilib. Havanın adi hallarda olduğundan beş dəfə artıq çirklənməsi səbəbindən bir neçə təyyarə yerə endirilmişdir. Yanğınlar səbəbindən artıq 50 nəfərin öldüyü deyilir.

Səhiyyə rəsmiləri Moskva sakinlərinə tüstüdən qorunmaq üçün xəbərdarlıq etmişlər. Rəsmilər havadakı tüstünü gündə bir neçə qutu siqaret çəkməklə müqayisə edərək, sağlam insanların belə açıq havada qalmalarını məsləhət görmürlər. Yanğınlar və quraqlıq Moskvada temperaturun Selsiyə görə hər gün 40 dərəcədən yuxarı qalxmasına səbəb olub.

XS
SM
MD
LG