Accessibility links

Moskvada güclü yanğın: 17 ölü


Rusiya Fövqəladə Hallar Xidməti bildirir ki, bu gün Moskvada nəşriyyat fabrikində güclü yanğın nəticəsində Qırğızıstandan olan 17 miqrant işçi öldürülüb. Qızğız icmasının nümayəndəsi bildirib ki, ölənlərin hamısı gənc qızlar olub. "Onlar otaqda paltarlarını dəyişən zaman yanğın baş verib və onlar orada ilişib qalıblar" - deyə nümayəndə bildirir.

Yanğın anbarın birinci mərtəbəsində işıq lampasındakı problem nəticəsində meydana gəlib. Anbarda isə çoxsaylı tezalışan maye və kağız saxlandığından yanğın qısa müddətdə ətrafa və liftin mühərrik otağına yayılıb. Olayı Rusiya Fövqəladə Hallar Xidmətinin Moskva filialının rəhbəri İlya Denisov təsdiq edib.

Onun sözlərinə görə, yanğınsöndürənlər anbardan 16 cəsəd aşkar etməklə yanaşı, 4 yaralının da xəstəxanaya çatdırılmasına nail olublar. Sonradan yaralılardan biri də xəstəxanada keçinib.

Denisovun bəyanatına istinad edən Rusiya mətbuatı bildirib ki, ölənlərin hamısı Qırğızıstandan olub və onlar fabrikdə qanuni yolla işləyiblər.

Qırğızıstan Xarici İşlər Nazirliyi isə ölənlərin 14-nün Qırğızıstan vətəndaşı olduğunu təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG