Accessibility links

Mosulda çadra yasaqdır


İraq qüvvələrinin noyabr ayında Mosulun bir hissəsini ələ keçirməsindən sonra qadınlara üzlərini bağlamaması tövsiyə edilib. Belə ki, İslam Dövləti yaraqlıları qadın paltarları geyib özlərini gizlətməyə çalışır.

İki həftədən sonra bu tövsiyə rəsmiləşdirilib. Əsgərlər küçələrə çıxıb bürgənin yasaqlandığını elan edib.

İŞİD-in qadın geyimi ilə yaraqlıları intihar gödəkcələri ilə şəhəri tərk etməyə çalışan əhali arasına sıza bilir. Onların bəzilər əsgərlər tərəfindən ifşa edilərək ələ keçirilib. Qüvvələr artıq döyüşlərə qoşulmayan İŞİD üzvlərinin axtarışını aparır.

Yerlilərin çoxu bu qadağanı dəstəkləyərək, təhlükəsizlik, intiharçı hücumlarının qarşısının alınması naminə bunu qəbul etdiklərini deyir.

Amerikanın Səsinin ölçü ilə bağlı sualının cavabında bir çoxları bunun daha yaxşı olduğunu bildirib.

Bəzi qadınlar qadağa rəsmiləşmədən öncə çadralarını çıxarıb. Lakin onlar İŞİD-in təhdidləri qarşısındadır. Mosul küçələrində yaraqlılar divarlara “biz qayıdacağıq” deyə. yazıb.

XS
SM
MD
LG