Accessibility links

Mosulda qızğın döyüşlər gedir


İraq qüvvələri Mosulun köhnə şəhərində evbəev axtarışları davam etdirir. Ordu sözçüsününü bildirdiyinə görə, İŞİD-in de fakto paytaxtı uğrunda aparılan 7 aylıq mübarizə ABŞ-ın yardımı ilə intensizləşib.

Şəhərdə ağır döyüşlər gedir.

İslam Dövləti ilə İraq qüvvələri arasında döyüşlər yüz minlərlə dinc əhalinin ölümünə yol açıb. Şəhərdə qalan insanlar əziyyət çəkir. Xəstəxanalar aclıq çəkən uşaqlarla doludur.

Köhnə şəhərdə 400 mindən çox sakin qalır. 300 mindən çox şəhər əhalisi oktyabrdan bəri şəhəri tərk edib.

İraq qüvvələri Mosulun köhnə şəhərində İslam Dövlətinə qarşı yeni hücumlara keçib. Ordu rəsmilərinin bildirdirinə görə, yaraqlıların son istehkamı uğrunda mübarizə aparılır.

İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ildə sünni yaraqlıların əlinə keçib. Lakin hökumət qüvvələri son 6 ay ərzaində Mosulun əksər hissəsinin nəzarətini geri alıb.



Köhnə şəhərin dar küçələri ağır artelleriya, tanklar və zirehli maşınlardan istifadə edilməsinə imkan vermir.

İraqın federal polisi şəhərin 200 metrliyinə qədər irəliləyib. Ordunun bəyanatında deyilir ki, qüvvələr Əl-Nuri məscidinə yaxınlaşır.

Bu məscid İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin özünü xilafətin rəhbəri elan etdiyi yer olduğu üçün simvolik mahiyyət daşıyır.

Federal polis qüvvələrinin rəisi köhnə şəhərə səhər tezdəndən bəri irəlilədiklərini və evbəev axtarış aparıldığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG