Accessibility links

Mosulun geri alınması uğrunda mübarizə davam edir


İslam Dövlətinə qarşı döyüşən koalisiyanın ABŞ nümayəndəsinin bildirdiyinə görə, İraqın şimalında yerləşən Mosul şəhərinin geri alınması üçün hərbi əməliyyatlar davam edir və yaraqlılar artıq getdikcə müdafiəni artırırlar.

Bazar günü İordaniyanın Oman şəhərində müxbirlər önündə çıxış edən Brett MakQurk yaraqlılara qarşı mübarizə aparan beynəlxalq koalisiyanın qrupun liderinə qarşı hərbi kampaniyanı gücləndirdiyini deyib.

O, buna misal olaraq “Cihadçı Con” kimi tanınan yaraqlının ABŞ dron hücumu tərəfindən öldürülməsini xatırladıb.

MakQurk koalisiya qüvvələrinin Mosulda hər gün dəqiq hücumlar həyata keçirdiyini deyib.

Mosul İraqın ikinci ən böyük şəhəridir və yaraqlılar 2014-cü ilin ortalarında regiona daxil olandan bəri İslam Dövləti qrupunun nəzarəti altındadır. ABŞ-ın başçılıq etdiyi koalisiya hava hücumlarını həmin ilin avqust ayında başladıb və gündəlik olaraq Mosulu hədəf alır.

Hökümətyönlü yarı-hərbi dəstələrlə birgə İslam Dövləti yaraqlılarına qarşı döyüşən İraq ordusu Mosulu geri almaq niyyətini bəyan etsə də, hələ də böyük hücum həyata keçirməyib.

MakQurk həmçinin Facebook və YouTube kimi vebsaytlarda İordaniya, Malayziya və Birləşmiş Ərəb Əmirliklərinin hökümətləri tərəfindən ektremist qrupa qarşı aparılan təbliğat kampaniyasına dair məlumat paylaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG