İraq qüvvələri Mosulun əsas körpüsünü ələ keçirib. Bu, bir həftədir davam edən İŞİD-in təmizlənməsi əməliyyatlarının bir hissədir.
Rəsmilərin bildirdiyinə görə, hökumət qüvvələri Dəclə çayı üzərindəki 4-cü körpü adı ilə tanınan körpüyə nəzarət edirdi.
Mosul döyüşləri zamanı şəhərə aparan körpülərin demək olar ki, hamısına ciddi ziyan dəyib və ya dağıdılıb. Çay üzərindən keçidin bərpası əlavə qüvvələr və hərbi təchizatın şəhərə yerləşdirilməsi deməkdir.
Şəhərin İslam Dövləti yaraqlarından təmizlənməsi uğrunda gedən qızğın döyüşlər mülki əhali barədə narahatlıqlarla müşayiət edilir
BMT su, ərzaq və tibbi yardım qıtlığı ilə üzləşən əhalinin durumunu humanitar böhran kimi qiymətləndirir.
Dinc əhalinin əksəriyyəti Mosulun qərb bölgəsini tərk edib. Bu bölgə 3 ay davam edən döyüşlər nəticəsində ələ keçirilib.