Accessibility links

İraq qüvvələri 800 kvadrat kilometrdən çox ərazini İŞİD qüvvələrindən azad edib


ABŞ rəsmiləri bildirib ki, ötən həftə Mosulun geri alınması əməliyyatına başladıqdan bəri İraq qüvvələri 800 kvadrat kilometrdən çox ərazini İŞİD qüvvələrindən azad edib.

Pentaqon sözçüsü, Hərbi Dəniz Donanmasının kapitanı Ceff Deyvis müxbirlərə deyib ki, azad edilən ərazilərə Mosulun mərkəzindən 30 kilometr şərqdə yerləşən Bartella da daxildir. Ərazi hazırda terrorçulardan təmizlənməkdədir.

İraq qüvvələri və kürd Peşmərgə döyüşçüləri kiçik şəhərlərdən keçərək Mosulun şimal, şərq və cənub hissələrinə irəliləməklə onun mərkəzinə daha da yaxınlaşır.

ABŞ rəsmiləri şəhərin geri alınması prosesinin yavaş və ehtiyatlı aparılacağını bildirib. İraq və kürd döyüşçüləri şəhərə yaxınlaşdıqca döyüşlərin intensivləşəcəyini gözlənilir.

Mosul ətrafında irəliləyişə baxmayaraq İŞİD ötən bir neçə gün ərzində Sincar və Kərkük də daxil olmaqla ölkə boyu bir neçə hücumlar həyata keçirib.

ABŞ rəsmiləri bu kimi hücumların diqqəti Mosuldan yayındırma xarakteri daşıdığını bildirib.

XS
SM
MD
LG