Accessibility links

İŞİD Mosulun Əl-Nuri məscidinə aparan yolları bağlayıb


İŞİD Mosulun Əl-Nuri məscidinə aparan yolları bağlayaraq, İraq ordusu ilə döyüşlərə hazırlaşır.

Sakinlərin Associated Press və Reuters-ə bildirdiyinə görə, yaraqlılar insanlara bölgədəki evlərini tərk etməyə göstəriş verib.

Əl-Nuri məscidi İŞİD yaraqlıları üçün simvolik mahiyyət kəsb edən Mosulun köhnə şəhərində yerləşir.

Həmin bu yerdə islamçıların rəhbəri Əbu Bəkr Bağdadi 2014-cü ildə xilafət elan edib.

Köhnə şəhərdə 400 mindən çox sakin qalır. 300 mindən çox şəhər əhalisi oktyabrdan bəri şəhəri tərk edib.

840 yaşı olan minarə insalar tərəfindən xilas edilib. Minarəni partlatmaq cəhdi insan qalxanı sayəsində baş tutmayıb. O vaxtdan bəri İŞİD-in bayrağı minarənin üzərində dalğalanır.

İraq qüvvələri Amerikanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin müşayiəti ilə Mosulun əsas hissələrindən İŞID yaraqlılarını çıxarmağa nail olub. Lakin 12 kvadrat kilometrlik ərazi hələ də onların nəzarətindədir.

BMT-nin təxminlərinə görə, 100 mindən çox insan hələ də İslam Dövləti qrupunun nəzarətində olan bölgələrdə ilişib qalıb.

XS
SM
MD
LG