Mosulun köhnə şəhəri tamamilə viranəliyə çevrilib. Küçələr dağıdılıb, bir çoxları dağıntılar altında qalan ailə üzvlərini tapa bilmir.
İraq qüvvələri iki ay əvvəl ələ keçirdiyi Mosulda evbəev axtarış aparır, partlamamış bombaları zərərsizləşdirməyə çalışır.
Lakin İŞİD yaraqlıları evlərdən birində gizlənib.
İraqın Federal Polis qüvvələrinin polkovniki Təhsin Əl-Məhəmmədavinin dediyinə görə, yaraqlıları gördükdə şok keçirib. Polkovnik bildirib ki, evin qapısı açıldıqda yaraqlılar əsgərlərə atəş açıb. İki yaraqlı əsgərlərin qurmbara hücumuna tuş gəlib, onların vücudu alovlanmağa başlayıb.
Lakin polkovnik qüvvələrin itkisi məlumat verməyib. Yerlilərin bildirdiyinə görə, 1 əsgər həlak olub. 2-si yaralanıb.
İnsan hüquqlarının monitorinq qrupu deyib ki, dünən Suriyanın şimal-qərbində üsyançıların nəzarət ediyi şəhərə hava hücumları nəticəsində dörd uşaq daxil olmaqla, ən azı 28 mülkü şəxs öldürülüb.
Suriya İnsan Hüquqları Müşahidəsi təşkilatı şənbə günü bildirib ki, hava hücumları Türkiyə sərhədi yaxınlığında yerləşən İdlib vilayətinin Amanaz kəndi üzərində həyata keçirilib.
Britaniyada yerləşən təşkilat deyib ki, hava hücumlarının Suriya, yoxsa onların əsas müttəfiqi olan Rusiya tərəfindən keçirildiyi aydın olmayıb.