Accessibility links

Human Rights Watch: ABŞ-ın təlim verdiyi qüvvələr Mosulda məhbusları qətlə yetirib


ABŞ tərəfindən təlimlərdən keçirilən İraqın ordu diviziyasının onlarla məhbusu qətlə yetirdiyi bildirilir.

Human Rights Watch-un bildirdiyinə görə, bu, Mosul uğrunda İŞİD əleyhinə əməliyyatlar zamanı baş verib.

İnsan haqlarının müdafəsi təşkilatının bu gün yaydığı hesabatda ABŞ-dan İraq ordusunun 16-cı diviziyasını dəstəkləməməsi tələb edilir və baş verənlərin müharibə cinayəti olduğu bildirilir.

Human Rights Watch-un Yaxın Şərq proqramının direktoru Sara Leah Uiston deyib ki, ABŞ ordusu təlimlər verdiyi bu diviziyanın nəyə görə müharibə cinayətlərinə yol verdiyini aşkar etməlidir. O, Amerikanın vergi ödəyənlərinin bu kimi əməllərə yardım etməməsinin vacilbiyini vurğulayıb.

Təşkilat qətllərə iki beynəlxalq müşahidəçinin şahid olduğunu bildirib.

Müşahidəçilər özlərini İraq ordusunun 16-cı diviziyasının əsgərləri kimi təqdim edən bir qrup hərbçinin 4 çılpaq məhbusu gülllədiyini və onların İŞİD üzvü adlandırıldığını deyib.

Bu ittihamlara İraq hökuməti hələ ki, münasibət bildirməyib.

XS
SM
MD
LG