Accessibility links

Tereza Ananın irsi [Video]


Tereza Ananın irsi
please wait
Embed

No media source currently available

0:00 0:03:18 0:00

Çoxları onu Kəlküttədən Tereza Ana kimi tanıyırdı, lakin onun əsl adı Ancesi Qoksi Bocesyu idi. Dünya boyu imkansızlara yardım edən bu əfsanəvi, Nobel mükafatı laureatı qadına sentyabrın 4-də Müqəddəs adı veriləcək.

Mavi zolaqlı ağ sari geyinən Tereza Ana özünün missiyasına Kəlküttədə, küçədə yaşayan imkansızlara yardımla başlayıb. Onun bu dini missiyası tezliklə dünya boyu yayılıb.

Nişo bacı Vaşinqtonun Viler küçəsində yaşayan dörd rahibədən biridir. “Cümə axşamı istisna olmaqla, hər gün xidmət edirik. Bacılar bişirir, könüllülər isə paylayır. Bəzi günlər isə onlar özləri bişirıb paylayır. Biz yeməkləri səhər 8:30-da bişirməyə başlayırıq.”

Könüllülərin yardımı ilə yeməklər masaya düzüldükdən bir saat sonra onlar dua etməyə başlayır. Piter Kleyver məclisinin üzvü Hyuston Roberson 5 ildir burada könüllü olaraq işləyir. “Mən əsasən yemək hazırlanmasında yardım edirəm, Elə indi, iş qurtaran kimi mən döşəməni təmizləyəcəyəm.”

Roberson deyir ki, siz hansısa kişi və ya qadını onların insanlara münasibətinə görə, insanların adından necə danışa bilmələrinə görə seçməlisiniz. Tereza Ana onların səsi idi və o indi də öz səsini könüllülərinin vasitəsilə çatdırır. “Tereza Ana bizim ürəyimizdə yaşayır. O bizə Katolik xristianların necə olmasını öyrədib. O, ən imkansızı seçib və onunla ləyaqətlə davranıb. İndi biz bütün bunları təkrar edirik. Biz heç kəsə yuxarıdan aşağa baxmırıq.”

2003-cü ildə Tereza Ana Roma Papası, mərhum Müqəddəs İohan Pol tərəfindən müqəddəslər sırasına daxil edildi. Lakin bəzilərinin onu beynəlxalq ikonaya çevirməsi və milyonlarla insanın onu sevməsinə baxmayaraq, digərləri onu topladığı vəsaitdən sui-istifadə etməkdə və gördüyü işlər haqda çox məlumat yaymaqda ittiham edir.

Maykl Vitzak Amerika katolik Universitetinin professorudur. “Tənqidlər mövcuddur və onlar ciddi qəbul edilib. Lakin kilsə onun etdiklərinin xeyriyyəçilik və bunun digərlərinə nümunə olduğunu irəli sürərək, tənqidləri rədd etməyib."

Leonard bacı Tereza Ana ilə 1981-ci ildə, o, bu mərkəzin açılışına gələn zaman görüşüb. “Ondan qalan miras mənim üçün mərhəmət, mehribanlıq və Allah sevgisidir.”

Bu il Tereza Ananın 106 yaşı tamam olacaqdı. Bizim ziyarət etdiyimiz imkansızlara, köməyə ehtiyacı olanlara, getməyə yeri olmayan hamilə qadınlara yardım edən bu yer ondan miras qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG