Accessibility links

"Motown Revival" 60 illiyini qeyd edəcək


"Motown Revival" 60 illiyini qeyd edəcək
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Qarşıdan gələn yanvar ayında Maykl Cekson, Dayana Ross, Marvin Gey və digər dünya məşhurlarının səsinin yazıldığı “Motown Records” özünün 60 illiyini qeyd edəcək. Təməli Detroytda qoyulan bu şirkət 1960-cı illərdə işini müvəffəqiyyətlə həyata keçirib və bunu Los-Ancelesə köçəndən sonra da davam edib. 1994-cü ildə satılan bu şirkət hazırda başqa bir şirkətin adı altında işləyir. Lakin “Motown Records” adı Amerika musiqisinin simvoluna çevrilib.

Detroyt illərdir sürən iqtisadi böhranla ayaqlaşmağa çalışır və insanlara şəhərin zəngin musiqi irsini xatırlatmaq bu səylərin tərkib hissəsidir.

Detroytun əsas kitabxanası yerli musiqiçilərin yarım əsrlik Motaun (Motown) klassikasına yeni bir hava gətirməsinə yardım etməyə çalışır. Əbdül “Dyuk” Fakir “The Four Tops”un rəsmi üzvüdür. “Motaun tarixinin və musiqisinin Detroytda yaşamasının bir yolu tapılmalıdır. Fikrimcə bu, Detroyda avtomobil qədər vacibdir.”

Soul və pop birləşməsi olan “Motaun” janrını yenidən canlıandırmağa çalışanlardan biri də sabiq truba ifaçısı, mərhum Markus Belqreyvin həyat yoldaşı Con Belqreyvdir. “Bu janrı yaşadacaq başqa yer yoxdur - bu, yalnız Detroytdur.”

Detroytdakı Motaun muzeyində şirkətin qızıl dövrünün fotoşəkilləri nümayiş etdirilir və bu layihənin genişləndirilməsi planlaşdırılır.

Şəhərin küçələrindən bəziləri məşhur Motaun ulduzlarından olan Maykl Ceksonun adını daşıyır. Hazırda Motaun janrlı musiqinin ifa ediləcəyi bir gecə klubunun yaranması üzrə səylər göstərilir.

Şirkətin ən böyük ulduzlarından biri Vaşinqtonda anadan olmuş Marvin Gey olub. Onun musiqisi 40 il əvvəl olduğu kimi, bu gün də böyük rezonansa malikdir. “Mənu Marvinə ən çox bağlayan onun “What's Going On” və “Inner City Blues” mahnılarıdır. Mən bu mahnıları indi də dinləyir, dünyada, bu ölkədə nələrin baş verdiyini düşünürəm. Onun o vaxt dedikləri bu gün də aktualdır.” deyə, Mervin Geyin ögey qardaşı Antuan Gey bildirir.

Berri Qordi 1959-cu ilin yanvarında “Motown Records”un təməlini qoyanda o, özünün də məşhur olacağını ağlına belə gətirməmişdi. Onun tərcümeyi-halına əsaslanan "Motown the Musical" 2013-cü ildə Brodveydə, iki il sonra isə Londonda böyük müvəffəqiyyət qazandı. Berri Qordi: “Mən Motaun haqda hər şeyi demək istəyirdim. Motaunun bütün hekayəsini, hansı hisslər keçirdiyini, qazandıqlarını və itirdiklərini, aldığı zərbələri və uğradığı fəlakətləri çatdırmaq istəyirdim.”

“West End” hazırda Britaniyada və İrlandiyada uzunmüddətli musiqi turundadır. Berri Qordi deyir ki, o, musiqini yalnız qaradərililər üçün deyil, bütün dünya üçün yaradır. Detroyt isə bütün dünyaya bunun harada başladığını çatdırmaq istəyir.

XS
SM
MD
LG