Accessibility links

“After Earth” – “Yer Kürəsindən Sonra” filmi - [Video]


After Earth – Yer Kürəsindən Sonra filmi
please wait

No media source currently available

0:00 0:03:03 0:00

After Earth – Yer Kürəsindən Sonra filmi


“After Earth” – “Yer Kürəsindən Sonra” filmində meteor tərəfindən zədələnərək, Yerə doğru enən fəza gəmisindəki general oğlunu sakitləşdirməyə çalışır.
General Kayfer və onun oğlu Kitay qəzadan sağ çıxan yeganə adamlardır. Kayfer böyük zədə almış fəza gəmisinin içərisindədir. Kitay yardım çağırmaq üçün yüzlərlə kilometr yol qət etməlidir. General oğluna onlara mayak lazım olduğunu, mayak olmadığı təqdirdə öləcəklərini deyir.

Kitay artıq ətraf mühitin - həddən artıq yüksək temperaturun, zəhərli bitkilərin və vəhşi heyvanların insanlar təhlükə törətdikləri Yer kürəsindədir.

Kitay rolunda məşhur aktyor Vil Smitin 13 yaşlı oğlu Ceyden Smitdir. Amerikanın Səsinə müsahibəsi zamanı o, filmdəki hadisələrin macəra olduğu, lakin planetimizin çirklənməsinin bunu reallığa çevirə biləcəyini deyir. “Əgər biz canımızı plasmas məmulatlardan, mədən yanacaqlarından qurtara bilməsək belə olacaq. Nə vaxtsa Yer kürəsi bizi qovacaq.

Sabiq kosmonavt, NASA-da Spaxe-X-in mühəndisi Qarrett Reysman filmin real kosmik uçuşlar əsasında çəkildiyini, lakin hadisələrin doğru olmadığını deyir.
“Əgər biz bütün bunların gələn 10 ildə baş verəcəyini düşünsək belə, bu qədər insanı fəza gəmisinə yerləşdirmək mümkün olmaz. Ona görə də biz Yer kürəsinin qayğısına qalmalyıyıq. ”

General Kayfer rolunu ifa edən aktyor Vill Smit deyir ki, hazırda narahat olmaq deyil, filmə baxıb həzz almaq lazımdır. “Film elə çəkilməlidir ki, həm sizin nənəniz, həm xalanız, həm də kiçik yaşlı qohumunuz belə bu filmə baxa bilsin, Filmdə hamı üçün nəsə olsun.”

“Yer Kürəsindən Sonra” filmi həm də ata-oğul münasibətləri haqdadır. Vill deyir ki, Kitay kimi onun oğlu da həyata öz yolunu getmək istəyir. Lakin Vill Smit oğluna Hollivud kimi cəngəllikdən baş çıxarmağı öyrətmək istədiyini deyir. Belə ki, onun sözlərinə görə Hollivud min il bundan sonra zəhərlənərək cəngəlliyə çevrilə biləcək yer kürəsindən fərqli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG