Accessibility links

“Blade Runner 2049” filmi [Video]


1982-ci ildə çəkdiyi məşhur “Blade Runner” filmində rejissor Ridli Skotun 2019-cu ilidə dünyanı yalnız qarmaqarışıq, çirklənmiş və genetik baxımdan insanabənzər varlıqlara dolu bir dünya kimi təsəvvür etmişdi. Denis Villenovun çəkdiyi “Blade Runner 2049” filmi orijinala yeni sekueldə insanla süni intellekt arasında yumşalan sərhədləri təhlil edir.

İnsanlara yaxın, replikant adlanan bio-varlıqlara qarşı 30 il davam edən mübarizədən sonra onların tam ram edilməsinə nail olundu. Lakin Denis Villenovun “Blade Runner 2049” filmində replikantların yenidən baş qaldırması yaradıcılarını təəccübləndirir.

Los-Anceles polis idarəsindən leytenant Coşi problemi həll etmək üçün “Blade Runner “K”-i göndərir. Coşinin sözləri bugünkü siyasi gerçəkliyi, planetdə baş verənlərlə rezonans doğurur. Burada söhbət insanların hərəkətini məhdudlaşdırmaqdan, imtiyazlıları yoxsullardan ayırmaq üçün ucaldılan divarlardan, sədlərdən gedir.

Coşini Robin Rayt canlandırır. Robin Rayt: “Bu, həqiqətən yaxın gələcəkdə sizin öz şəxsiyyətinizi bilməyə çalışdığınız haqda hekayədir. Artıq insan olmaq nə deməkdir? Buna görə də bugünkü məhəbbət və münasibətləri saxlamağa çalışın.”

Rayan Qoslin “” polis zabiti və replikant olmaq üçün özünü proqramlaşdıran Blade Runner “K”haqda danışır. Replikant olan həmin polis zabiti yolda öz insanlığı ilə üz-üzə gəlir. “Bu surət özünün yaşadığı həyata qarşı çıxır. Yaşadığı bu dəhşətli həyatda o, sevgi və xoşbəxtlik axtarır” deyə, Rayan Qoslin bildirir.

Blade Runner”-də missiyanı “K”-lə birlikdə yerinə yetirən polis zabiti Rik Dekard rolunu aktyor Harrison Ford oynayır. “Blade Runner 2049” orijinala uyğun gələ biməz. Lakin Rocer Dikensin böyük, boş landşaftları və boğuq rəngləri, bəstəkar Hans Zimmerin sakitləşdirici musiqisi bu avanqard sekueldə bir tənhalıq əks etdirir.

Harrison Ford: “Həyat və ölüm olduğu yerdə ətraf mühitlə bağlı problemlər artır, elm mənəvi məhdudiyyətləri azaldır.”

Dennis Villenöv öz ideyasını filmin orijinalına kökləyib, ancaq 30 il sonra onun baxışları zəmanəmizin sosial və siyasi nigaranlıqlarını əks etdirir.

XS
SM
MD
LG