Accessibility links

Amerikanın klassik filmləri [Video]


Amerikanın klassik filmləri
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Amerika Film İnstitutuna əsaslanaraq demək olar ki, rejissor Frank Kaprasın 1947-ci ildə çəkdiyi “It's A Wonderful Life” filmi Milad bayramı filmləri arasında ən çox sevilən filmlərdəndir.

Rejissor Frank Kapranın 1947-ci ildə çəkdiyi klassik “It's A Wonderful Life” – “həyat gözəldir” filmi müflis olan gözəl insan Corc Beylinin həyatından danışır. Corc “kaş dünyaya gəlməyəydim” deyə, düşünəndə Klarins adlı mələk gəlib ona o, dünyada olmasaydı, Bedford Folsun nə qədər kədərli və darıxdırıcı olacağı barədə danışır. Corc həyatın nə qədər qiymətli olduğunu anlayır. Klarins onu ailəsinə və dostlarına qaytarır. Onlar Corcu xilas edir. Öz missiyasını yerinə yetirən Klarinsin nəhayət qanadları əmələ gəlir.

Merelend ştatının Silver Pprinq şəhərindəki “AFİ Silvet Teatrı və Mədəniyyət Mərkəzi”nin direktoru Tod Hiçkok deyir ki, bu film ilk dəfə kino-teatrlarda nümayiş etdiriləndə o qədər də müvəffəqiyyət qazanmamışdı. Lakin cəmi 3 televiziya kanalı olan dövrlərdə bayram mövsümündə bu filmə 30 milyona qədər insan tamaşa edirdi. “Mənim gəldiyim 70-80-ci illərin nəsli artıq bir təsisata çevrilmiş ənənyə qoşularaq ildə heç olmasa bir dəfə Milad ərəfəsində bu filmləri izləyir. İndi isə bu adi bir hal alıb.”

Həsrət klassik filmlərin bir hissəsidir. Lakin belə filmlərin gücünü və bizə çatdırdığı mesajı da nəzərə almalıyıq. Buna misal, Corc Sitonun 40-cı illlərdə çəkdiyi “Miracle on 34th Street” – “34-cü küçənin möcüzələri” filmini göstərmək olar. Burada əsl Santa Klaus Nyu-York mağazasında işə girir və mağazanın menecerinə Miladın yalnız hədiyyədən ibarət olmadığını anlatmağa çalışır.

Milad mövzüsuna sonrakı illərdə də müraciət edilib. Buna misal 1960-cı illərin məşhur klassikası “A Charlie Brown Christmas” – “Çarli Braun Miladı” filmini gıstərmək olar. Todd Hiçkok: “İzləyici çoxdur və hər il artır. Bir nəsil digəri ilə əvəz olunur, onların uşaqları olur və onlardan sonra digər nəsil gəlir.”

1983-cü ildə dünyaya daha bir klassik film dünyaya gəlir. Bob Klarkın komediya janrındakı "A Christmas Story," Milad hekayəsi. Burada Ralfi valideynləri və şaxta babanı Red Rayder BB silahının milad üçün ən mükəmməl hədiyyə olduğuna inandırır.

Hitçkokun dediyi kimi – “Həyat gözəldir” filmi ilə başlamaqla klassik filmlərin kino-teatrlarda nümayişi onların bu ənənnin qorunub saxlanması üçün ən yaxşı yoldur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG