Accessibility links

“Darkest Hour” filmi Uinston Çörçillin nasist Almaniyasına qarşı mübarizəsindən danışır [Video]


“Darkest Hour” filmi Uinston Çörçillin nasist Almaniyasına qarşı mübarizəsindən danışır
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Məşhur rejissor Co Raytın “Darkest Hour” – “Ən qaranlıq saat” filmi 1940-cı ilin əvvəlində Uinston Çörçillin Britaniyanı Almaniyasına qarşı səfərbər etməsindən danışır. Film Çörçillin İngiltərəni bu təhlükəli müharibəyə sürükləməklə bağlı mübahisəli qərarı haqda tarixi filmdir.

1940-ci ilin baharı, Qərb Almaniyaya qarşı müharibəni uduzmaqdadır. Nasistlər Belçika və Fransanı işğal edib, Britaniya isə təslim olmaq ərəfəsindədir. Britaniya qüvvələrinin Fransanın liman şəhəri olan Dunkörkə sıxışdırıldığı bir vaxt Britaniya parlamenti Hitlerə qarşı barışıq siyasəti tərəfdarı olan mühafizəkar baş nazir Nevill Çemberleni nasizmə qarşı müharibə tərəfdarı Çörçillə əvəz edir.

İmpulsiv, kəskin və təmkinsiz xasiyyəti Çörçillin çox sayda dost qazanmasına mane olurdu. Hətta kral VI Corc belə əvvəllər sərt xasiyyətli Çörçillə pərəstiş etmirdi. “Darkest Hour” filmində biz onu öz qorxuları və qeyri-müəyyənlikləri ilə Britaniyanın nasistlərə qarşı qələbə qazanan güclü lideri kimi görürük.

Rejissor Co Vrayt deyir ki, onun xarakterində cəlbedici amil onun insanpərvərliyidir. “Mənim üçün bu, şübhə elementi idi. İdeya bundan ibarət idi ki, şübhə müdrikliyə çatmağın əsas elementidir. Bu, mənə olduqca maraqlı görünürdü.”

Aktyor Qari Oldman Çörçillin güclü obrazını canlandırmağa çalışır. O, fiziki cəhətdən daha böyük bir xarakterin rolunu qəbul etdiyinə görə əvvəlcə narahatlıq keçirdiyini, lakin sonradan bunun öhdəsindən gəldiyini deyir. “Mən otağın ortasında durub, “biz onlarla sahillərdə döyüşməliyik və mən sizə qan, göz yaşları və ağır əməkdən başqa heç nə söz verə bilmərəm” demək istəmirdim.”

“Mən kadrları izləməyə başladım və onun dinamik, həyat dolu, xarizmatik və məzəli bir insan olduğunu anlamağa başladım” deyə. aktyor bildirir.

“Darkest Hour” - “Ən qaranlıq saatlar” filmində Uinston Çörçillin və eyni zamanda Britaniyanın tiranlığa qarşı müharibədə qarşılaşdığı risklər göstərilir. Bu, həm də tarixi dəyərə və kino sənəti baxımından dərinliyə malik olmaqla yanaşı, demokratiyanın nəyin bahasına olursa olsun, müdafiə olunması haqda mesajı olan mühüm bir filmdir.

XS
SM
MD
LG