Accessibility links

“Mission: Impossible Fallout” [Video]


“Mission: Impossible Fallout”
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Tom Kruzun sonuncu “Mission: Impossible Fallout” - “İmkansız Missiya” filmi cəsur agent İtan Hantın dünyanı xilas etmək cəhdindən bəhs edir. Kruzun filmdə çəkilən digər aktyorlarla bərabər etdikləri inanılmaz trükları 3 saat sürən tamaşa zamanı izləyiciləri heyrətləndirir.

Nüvə təhlükəsi artdığı bir vaxt “İmkansız Missiya” dəstənin gizli, müstəqil agenti İtan Hant Saymon Piqqin oynadığı agent Benci və Ving Ramesin oynadığı agent Lüterlə birlikdə 3 atom bombasını tapmaq üçün yola çıxır. Lakin onlar tək deyillər, Mərkəzi Kəşfiyyat Agentliyi də bu əməliyyatda iştirak etmək istəyir və oyuna agentlikdən aktyor Henri Kavvilin oynadığı Auqust Volker girir.

Aktrisa Rebeka Ferqusonun oynadığı İlsa Faust İtan Hantın komandasına qayıdır. “Onlar inanılmaz, möhtəşəm qadınlar gətirdilər və bu qadınların hamısının bu filmdə olmaları üçün səbəbləri var və bu, gender bərabərliyidir.”

Onun səsinə Oskar mükafatına nominasiya edilən, Mərkəzi Kəşfiyyat Agentliyinin direktor müavinini Erika Sloanın oynadığı aktrisa Ancela Basset də səs verir. “Fikrimcə mənim yaratdığım obraz filmə məna, işıq, mistika gətirib və filmi tamamlayıb.”

Avropadan Hindistana qədər, təxminən 3 saatlıq bu akşn filmi tamaşaçını özünün süjet xətti və məşhur aktyorları ilə cəlb edir. Lakin filmin əsas qəhrəmanı 8 230 metr hündürlükdə saatda 260 km sürətlə uçan təyyarədən, özü idarə edən və qəzaya uğrayan vertolyotdan tullanma da olmaqla, bütün trüklari özü edən Tom Kruzdur: “Hər ikisi ağır işdir. Vetolyot sürməyi bir il yarıma öyrəndim və mən dərsləri peşəkar vertolyot pilotlarından aldım. Ondan əvvəl təyyarəni idarə etməyi öyrəndim. Lakin təyyarə vertolyotdan tamamilə fərqlidir və mürəkkəbdir. Mən bu sahədə də peşəkarlardala işlədim və təyyarədən də atılmağı öyrəndim. Mən buna təyyarədən 106 dəfə tullanmaqla nail oldum. Biz mənim bunu bir həftəyə öyrənəcəyimi düşünürdük, lakin bu bir aya qədər çəkdi. Bu, mən gözlədiyimdən də çətin idi” deyə, Tom Kruz bildirir.

Aktrisa Rebeka Ferquson Tom Kruzun Yeni Zenlandiya dağları üzərində vertolyotda etdiyi hərəkətləri gördüyü anlardan danışır. “Kimsə qışqırır, biz göyə baxırıq. Çox uzaqdadır və birdən Tom vetolyotdan düşür. O, elə bir trük edir ki, biz buna hazır deyilik və mən qışqırmağa başlayıram. Mən qorxmuşdum, dəhşətə gəlmişdim. O vaxta qədər ki, kimsə “Əladır, çox yaxşıdır, bu missiyadır” dedi və mən sakitləşdim.”

Lakin buna dəyərdi. Tənqidçilər "Mission: Impossible Fallout" filminin ən yaxşı akşn filmlərindən biri olduğunu deyirlər.

XS
SM
MD
LG