Accessibility links

Rusiya ilk 3D effektli filmini çəkdi [Video]


Rusiya ilk 3D filmini çəkdi
please wait

No media source currently available

0:00 0:03:19 0:00
II Dünya Müharibəsi zamanı Sovet İttifaqı 20 milyon vətəndaşını itirdi ki, bu da əhalinin 15 faizi demək idi. Adolf Hitlerlə İosif Stalinin Stalinqrad uğrunda şiddətli döyüşlərindən 70 il keçsə də Rusiyadakı gənc nəsil bu yaxınlarda ekranlara çıxan Stalinqrad döyüşləri haqda yeni filmə böyük həvəs göstərir.

Kseniya Kuznetsova adlı bu gənc qız elə indicə Moskvanın ticarət mərkəzindəki kino-teatrda həmin filmə baxıb. Ksenya xoşbəxtlikdən o zamanlar anadan olmadığını və bu dəhşəti yaşamadığını deyir. Lakin o deyir ki, bu filmə baxarkən o dövrdə yaşayan insanların nə hiss keçirdiklərini başa düşür.

Oktyabr ayında ekranlara çıxan Stalinqrad haqdakı film 20 ildən, Sovet İttifaqı dağıldıqdan bəri Rusiyada ən çox baxılan film olub. Gələn ilin mart ayında bu film ən yaxşı xarici dil filmi kimi Oskar-a təqdim ediləcək.

Stalinqrad döyüşləri Sovet İttifaqının qələbəsi olsa da, baha başa gəldi. Bu döyüşlərdə hər iki tərəfdən 2 milyona qədər insan qurban getdi. Stalinqrad döyüşləri tarixə ən qanlı döyüşlər kimi yazıldı.

Kino tənqidçisi Sergey Levrentiyev deyir ki, Stalinqrad filminin uğuru Rusiyanın II Dünya Müharibəsi qurbanlarına əbədi hörmətini əks etdirir. “Kino-teatrlara gedən və əsasən gənclərdən ibarət tamaşaçılar üçün bu büsbütün qeyri-adi bir filmdir. Onlar Sovet İttifaqının müharibə haqda belə filmlərini heç vaxt görməyiblər. Hətta onlar müharibənin rus xalqı, sovet xalqı üçün nə qədər ağrılı olduğunu belə hiss etməyiblər.”

Stalinqrad Rusiyanın çəkdiyi ilk xüsusi effektli 3D filmidir.

Katya adlı gənc qız filmin yüksək səviyyədə çəkildiyini və çox xoşuna gəldiyini deyir. O, aktyorların rollarını gözəl oynadıqlarını və bu filmin tarixi əks etdirdiyini bildirir.

Rusiya hökuməti bu filmin istehsalı üçün 30 milyon dollar ayırmışdı. Bu Rusiya tarixini müsbət işıqda göstərmək təşəbbüsünün bir hissəsidir.

Hazırda Stalinqrad şəhəri Volqaqrad adlanır. Müharibə vaxtı yerlə yeksan olan bu şəhər yenidən qurulub. Bu şəhərin əsas abidəsi “Ana Vətən Çağırır” heykəlidir ki, 1967-ci ildə inşad ediləndə bu dünyanın ən böyük heykəli idi. Lakin 8 min ton çəkisi olan bu heykəl gildən düzəldiyi üçün əyilməyə başladı.

Şəhər sakinləri deyirlər ki, Hollivud stilində çəkilən filmə milyonlar xərcləyən Rusiya hökuməti bu pulları Stalinqrad döyüşlərini özündə canlandıran heykəlin təmirinə xərcləsəydi daha yaxşı olardı.
XS
SM
MD
LG