Accessibility links

“Stronger” - Ceff Baumanın Bostondakı terror hücumundan sonrakı həyatı [Video]


“Stronger” - Ceff Baumanın Bostondakı terror hücumundan sonrakı həyatı
please wait

No media source currently available

0:00 0:03:03 0:00

2013-ci il, aprelin 15-də dünya Boston marafonu zamanı iki əldəqayırma bombanın partlamasını izlədi. Partlayışlar zamanı 3 nəfər öldü, Ceff Bauman da daxil olmaqla, 260 nəfərdən çox insan yaralandı.

Ceff Bauman iki ayağını itirdi. Əməliyyatdan bir neçə saat sonra o, Mərkəzi Kəşfiyyat Agentliyini terrorçulardan biri, Tamirlan Tsarnayev barədə məlumatlandırdı. “Stronger” – “Güclü” filmi terror hücumundan sonra həyatı daha yaxşı təfərə dəyişən Ceff Baumanın xatirələri əsasında çəkilib.

Hər şey cəmi bir neçə saniyə çəkir – Ceff Bauman marafonda iştirak edən sevgilisinin finiş xəttinə çatmasını gözlədiyi bir vaxt partlayış baş verir.

Ceff Bauman rolunu aktyor Ceyk Gillenhel ifa edir. Xəstəxanada gözünü açıb iki ayağının amputasiya olunduğunu görən Ceff bundan sonra necə yaşayacağını təkrar öyrənməlidir. Sevgilisi Erin Harli rolunu aktrisa Tatyana Maslani, anasını isə Miranda Riçardson ifa edir və Cefin ən ağır günlərində onların münasibətindən danışılır. Ceyk Gillenhel: “Siz bilirsiniz, mən peşəkar idmançı rollarını ifa etmişəm və heç bir rolum bu rol qədər çətin olmayıb. Bir neçə addım atmağın nə qədər çətin olduğunu və filmin bu haqda olduğunu düşünməlisdən. Bu film yenidən addım atmağı öyrənən və bunun üçün nələrdən keçməli olan insan haqdadır.”

Gillenhelin portreti yalnız Baumanın protez ayaqları üstündə dayanması haqda deyil, həm də onun aldığı travma haqdadır. “Mən illər boyu müxətlif insanlarla, filmin çəkiliş qrupu üzvləri, hərbçilər, polis zabitləri və bu kimi tarvmalardan əziyyət çəkən insanlarla görüşmüşəm. Və hər dəfə hiss edirəm ki, bu mənə həmin obrazları canlandırmağa yardım edir. Amma Cefin başına gələnləri canlandırmaq az qala qeyri-mümkündür."

Hücum zamanı ayaqlarını itirən Ceff Bauman aktyorla öz təəssüratlarını bölüşüb. “Mən bəxtimin gətirdiyini düşünürəm. Lakin hansısa hücuma, bir qurğunun partlaması kimi hücuma hazır deyilsən. Başıma gəldiyi üçün mən istər Barselonada, istər Suriyada, istərsə də Moskvada baş verənlər mənə təsir edir. Bu, dünyanın hər yerində, hər gün baş verir.”

Ceff Bauman “Bostonun gücü” şüarını tərənnüm edir, çünki onun sağalması Bostonun sağalması deməkdir. “Sizin də başınıza buna bənzər iş gələ bilər və bundan sonra siz pozitiv həyat yaşamalısınız.”

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG