Yay Hollivudun büdcə filmlərinin nümayiş mövsümüdür. Bu, super-qəhrəmanlar və monsterlərin xüsusi effektlərlə İMAX ekranlarına çıxdığı vaxtdır. Oskara layıq filmlər kimi ağırçəkili olmasa da, bu filmlərin çoxu tamaşaçıya böyük həyəcanlar vəd edir.
Kinorejissor Ridli Skott özünün “Alien: Covenant” – “Özgə planetlilər” filmi ilə aykonik mövzusuna qayıdıb. 40 il əvvəl çəkilən “Özgə” filmində olduğu kimi “Özgə planetlilər” filmində də eyni mövzuya, insanları ovlayan ağıllı, yenilməz yad planetlilər mövzusuna toxunulub. İnsan siqnalı alan gəmi heyəti naməlum planetə cəlb edilir.
Yer kürəsinə bənzəyən planet əvvəlcə sakit görünsə də, sonradan cəhənnəmə çevrilir. Gəmi heyəti yad planetlilər tərəfindən məhv edilməyə başlayır. İMAX 3D texnologoyası yad planetlilərin hücumlarını daha qabarıq edir. Siqorni Viverin Ripli obrazını xatırladan Daniels rolunu Katrin Uoterson ifa edir. O həm terraform eksperti, həm də gəminin kapitanıdır.
Özünün ikili xarakteri ilə Maykl Fessbender filmdəki roluna Şekspir ahəngi gətirib, biri yaxşıdır, biri pis. Bu, elmi-fantastik janrda çəkilən film əvvəlcə çəkilən “Özgə” trilogiyasına çox bənzəyır. Lakin “Özgə”nin pərəstişkarları var və Hollivud pul qazanmalıdır.
“Guardians of the Galaxy” – filmi müvəffəqiyyət qazanan rejissor Ceyms Qann eyni aktyor qrupundan istifadə etməklə daha geniş, sərgüzəştləri daha maraqlı olan yeni "Guardians of the Galaxy 2" - “Kainatın nəzarətçiləri 2” filmini çəkir. Kris Pratt, Zui Saldana, Deyv Botista, Bredli Kuper və Vin Diselin kimi aktyorların çəkildiyi bu film kəskin zarafatları ilə cəlbedicidir. 70-ci illərin rok-musiqisi və visual effektləri ilə bu film müxtəlif yaşlardakı insanları cəlb edir. İndiyə qədər film 630 milyon diollardan çox gəlir gətirib.
"Wonder Woman" – “Qəribə qadın” filmi yay filmləri arasında səbirsizliklə gözlənilərn filmlər arasında yer alır. Filmin rejissoru Petti Cenkins dinamik super qəhrəman yaradılması üçün qadın seçiminə üstünlük verib. Bu filmdə baş rolu İsrail ordusunda xidmət göstərən Qal Qado ifa edir. Polkovnik Stiv Trevor rolunda çəkilən Kris Payn bu qadına layiq olduğu heyranlığını nümayiş etdirir.
Tom Kruzun “Mumiya” filmi Boris Karlovun 1932-ci ildə çəkildiyi filmin yeni versiyasıdır. Burada mumiya ilk dəfə qadın obrazında göstərilir. Dirilərək bəşəriyyətə divan tutan Sofiya Butella Misir şahzadəsi Ahmanetin rolunu ifa edir.