Accessibility links

"The Mule" filmi


"The Mule" filmi
please wait
Embed

No media source currently available

0:00 0:03:43 0:00

Oskar mükafatı qalibi, aktyor və rejissor Klint İstvud 50 ildən çoxdur filmlərində insan ovçuları, polis detektivlərı və mətanətli insan xarakterlərini canlandırıb. Lakin sonuncu “The Mule” filmində o, tamamilə başqa bir insanı, yumşaq xarakterli, lakin maddi ehtiyacı olduğu üçün Meksikanın narkotik qaçaqmalçılarına “mul” - “qatır” olaraq yardım etməyə məcbur olan 80 yaşlarındakı bir obrazı canlandırır.

Heç bir polis qoca, vicdanlı, ağdərili Erl Stonun narkotik qaçaqmal daşıdığından şübhə etmir. Lakin bu mülayim insan narkotik maddə karteli üçün ən çox, milyonlarla dollarlıq kakoin daşıyır.

Ölkə boyu gəzərək, bağbanlıq edən Erl Amerikanı yollarını yaxşı tanıyır. O heç vaxt yol qaydasını pozduğu üçün polis tərəfindən saxlanmır və işini Narkotiklə Mübarizə İdarəsi işçilərinin gözü qarşısında, hətta yüksək səviyyəli agent Kolin Beytslə yolları kəsişsə belə görə bilir.

Zabit Beyts rolunu aktyor Bredli Kuper oynayır. O, İstvudun oynadığı xarakter barədə bunları deyir. “O, keçmişi ilə yaşayan bir insandır. Elədiyi səhvləri düşünən, özü-özü ilə sülh şəraitində yaşayan. Lakin bu onun yaşadıqlarının hesabıdır.”

Stonun maddi imkansızlığı, onun keçmişdə etdiyi səhvlərə görə həyat yoldaşı və qızının ondsan uzaqlaşması hekayənin mərkəzində durur. Ailəsi tərəfindən qəbul edilməyən və səhvini düzəltməyə çalışan Ston pul qazanmaq üçün narkotik mallar daşımaq işini qəbul edir. Bu filmdəki bəzi anlar Klint İstvudun özünün gerçək həyatını əks etdirir.

Stonun qızı Ayris rolunu Klint İstvudun gerçək qızı Alison İstvud oynayır. O, atası ilə münasibətlərinin o qədər də yaxşı olmadığını deyir. “Əvvəlcə biz az çətin oldu. Çünki mənim atamla münasibətim artıq çox yaxşı idi. Lakin oynayacağım roldakı insan çox qəzəbli olduğu üçün mən geri, münasibətimizin pis olduğu anlara qayıtmalı oldum.”

Lakin ailəsi ilə münasibətini düzəltmək üçün Stonun vaxtı qalmır. Bir tərəfdən Narkotiklə Mübarizə İdarəsinın agentləri onun izinə düşür, o biri tərəfdən kartel onun üzərində nəzarəti artırır. O, pul xərclədikcə, onun qeyri-qanuni gəliri daha çox nəzərə çarpmağa başlayır. “O, demək olar ki, Robin Huda bənzəyir. Ətrafı dolanaraq, qeyri-qanuni yolla qazandığı pulları ehtiyacı olan insanlara paylayır” - deyə, Klint İstvud bildirir.

Lakin İstvudun narkotik daşıyıcısı obrazı ətrafında romantik abu-hava yaratmasına baxmayaraq, tənqidçilər filmdə narkotik qaçaqmalçılığı kriminalı və kartellərin ictimiayyətə dağıdıcı təsirinin parladıldığını bildirir.

XS
SM
MD
LG