Accessibility links

Mozambikin payraxtında zibil yığını çöküb


Mozambikin paytaxtında hündür zibil yığınının çökməsi səbəbindən bir neçə ev dağılıb, azı 17 nəfər ölüb.

Yoxsul Maputo məhəlləsindəki zibil yığının sürüşməsinə güclü yağışların səbəb olduğu güman edilir. Rəsmilər Hulene zibilliyinin altında hələ də insan cəsədlərinin ola biləcəyini və axtarışların davam etdirildyini bildirib.

Yerli medianın məlumatına görə zibil yığını üçmərtəbəli bina hündürlüyündə olub.

Sakinlər isə zibil yığılan çökəkliyin artıq daşdığını və həmin ərazinin bağlanması ilə bağlı uzun zamandır mübahisələrin getdiyini bildirib.

Hulene Maputoda zibil tullantılarının yığıldığı ən böyük çökəklilkdir. Yoxsul insanlar çox vaxt bu zibillikdə satmaq üçün mal axtarırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG