Accessibility links

Mərkəzi Seçki Komissiyası: Seçkiləri izləmək Büronun vəzifə borcudur


Məzahir Pənahov
Məzahir Pənahov

«ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçi göndərməmək hüququ yoxdur».

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.

«Azərbaycana müşahidəçi göndərməmək hər bir təşkilatın öz hüququdur, lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu istisnadır. Çünki bu təşkilat elə seçki proseslərini izləmək üçün təsis edilib. Bu, onun vəzifə borcudur. Ancaq biz bunu digər beynəlxalq təşkilatlar haqqında deyə bilmərik. Siyasi formada bəyanat verməklə öz funksiyasını yerinə yetirməmək düzgün deyil. Bunu hər hansı Avropa ölkəsi üçün etsəydilər, yəqin ki, bu təşkilatı həmin ölkədən üzr istəməyə vadar edərdilər. Ancaq nə edək ki, hər kəs öz maraqlarından çıxış edir. Bizim borcumuz ruhdan düşməməkdir», - deyə M. Pənahov bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG