Accessibility links

MTN 20 kiloqramdan çox narkotik götürüb


Narkotiklər Azərbaycana Rusiya və İrandan gətirilib

Azərbaycanda narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan bir neçə qrup saxlanıb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzininin məlumatına görə, qaçaqmalçılardan 20 kiloqramdan çox narkotik götürülüb.

Belə ki, 6 nəfər Azərbaycan vətəndaşı və qeyriləri qabaqcadan əlbir olan qrup halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya istiqamətindən gömrük nəzarətindən gizli keçirib Azərbaycan gətirib.

Milli Təhlükəsizlik Nazirliyi müəyyən edib ki, qrupun üzvləri Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri cinayət əlaqəsinə girərək Moskva şəhərində külli miqdarda narkotik vasitə olan 125,46 qram kokain və sintetik narkotik vasitə 72,83 qram metadon əldə edib. Qrupun üzvləri həmin narkotik vasitələri "DVD player"in içərisində gizlədib "Moskva-Bakı-Moskva" reysi üzrə hərəkət edən "İkarus" markalı avtobusla "Samur" gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanıb.

MTN-nin həyata keçirdiyi digər əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Dövlət Məhərrəmov saxlanıb. Müəyyən edilib ki, Dövlət Məhərrəmov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Şəhram adlı vətəndaşı və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup halında külli miqdarda narkotik vasitəni İran istiqamətindən qaçaq yolla gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətirib.

Dövlət Məhərrəmov MTN əməkdaşları tərəfindən cinayət başında yaxalanıb, 19 kiloqram 278,71 qram həşiş qətranı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG