Accessibility links

Azərbaycan Müdafiə Nazirliyinin yeni açıqlaması


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

“Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin aprelin 24-ü səhər saatlarında yaydığı məlumatında deyilir.

Məlumatda qeyd edilib ki, Ermənistan ordusunun bölmələri Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirib. Aprelin 23-ü axşam saatlarından başlayaraq Azərbaycan mövqelərini və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan tərəfinin 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə Azərbaycan mövqelərinə 20-dək çox mərmi atdığı vurğulanır.

“Cəbhənin bu istiqamətində qarşı tərəfin hərbi aktivliyinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələri dərhal əməliyyata başlayıb. Aprelin 24-də gecə saatlarında qarşı tərəfin təmas xəttinə cəmləşdirdiyi tankları mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Mövqelərimizə yaxınlaşmaq istəyən tankların qarşısı atəşlə alınıb. Bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Bundan dərhal sonra Ermənistan hərbiçiləri Ağdərə istiqamətində geri çəkilməyə məcbur edilib”, deyə məlumatda qeyd edilir.

Nazirliyin açıqlamasına görə, Madagiz hərbi bazası ətrafında yerləşən artilleriya qurğularına da cavab zərbələrindən sonra qarşı tərəf tam susdurulub:

“Bölmələrimiz heç bir itki verməyib. Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində təxribatlar törətməklə Ermənistan Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır.

Bu barədə isə hələlik Ermənistan tərəfi rəsmi mövqe bildirməyib.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırı

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG