Accessibility links

Müşahidəçinin fikrincə, Qırğızıstanda demokratiyadan danışmaq hələ tezdir


Müşahidəçinin fikrincə, Qırğızıstanda demokratiyadan danışmaq hələ tezdir
Müşahidəçinin fikrincə, Qırğızıstanda demokratiyadan danışmaq hələ tezdir

Qırğızıstan hökuməti oktyabr ayının 10-da keçirilən parlament seçkilərinin şəffaf və demokratik olduğunu desə də,bəzi müşahidəçinin fikrincə, demokratiyadan danışmaq hələ tezdir

Qırğızıstan hökuməti oktyabr ayının 10-da keçirilən parlament seçkilərinin şəffaf və demokratik olduğunu desə də,bəzi müşahidəçinin fikrincə, demokratiyadan danışmaq hələ tezdir. Hər şey formalaşacaq hökumətdən asılı olacaq. Ölkənin yeni parlamentində yer alan millətçilərin vəziyyəti gərginləşdirəcəyinə dair narahatlıqlar mövcuddur. Belə ki, şimalla cənub arasında hələ də parçalanma müşahidə edilir. Təhlilçilərin fikrincə Qırğızıstanın problemi qanunlara riayət edilməməsindəndir. Bunun əsas səbəbi kimi dövlətçiliyin zəifliyi göstərilir. Parlament seçkilərində iştirak edən 5 partiyanın heç birinin lazımi səsləri toplamaması Qırğızıstanda onunsuz da müşkül olan siyasi durumu daha da dərinləşdirə bilər.

Bu ölkədə demokratik əsaslara ciddi zərbələr vurulduğunu deyənlər də var. Çikaqonun North-Uest Universitetinin ictimai fənnlər üzrə professoru Georgi Derlugyanın dediyinə görə, demokratik və ya avtoritar rejim olmasından asılı olmayaraq, hər bir dövlət güclü hakimiyyət tələb edir. “Söhbət demokratiya və diktaturaya olan tələbatdan getmir. Güclü dövlətə ehtiyac var. Güclü dövlət dedikdə, burada iki tipli hökumət nəzərdə tutulur. Fransa kimi demokratik, Çin kimi güclü avtoritar dövlətlər. Ən dəhşətlisi dövlətin zəifliyidir. Hətta diktatura güclü hakimiyyət tələb edir. ”

Meriland universitetinin alimi, siyasətşünas Kevin Consun fikrincə Qırğızıstanda demokratiya mövcud deyil.“Demokratiya dedikdə fəaliyyətdə olan təsisatlar və hökumət nəzərdə tutulur. Qırğızıstan azad seçki prosesindən keçsə də, mən inanmıram ki, bu ölkədə işləyən təsisatlar və ya mərkəzi hökumət var.

Müşahidəçilər hesab edir ki, Qırğızıstanın dövlətçiliyi bir neçə təhdid qarşısındadır. Bunlardan biri qüdrət toplayan millətçi qruplarla siyasətçilərdir. Parlamentdə səslərin əksəriyyətini əldə edən Ata Jurd partiyası bunlardan biridir. Dövlətçiliyə daha bir təhlükə şimalla cənub arasındakı parçalanmadır. Şimallılar cənubliları geridəqalmış hesab etdiyi halda, cənub hakimiyyəti əldən vermək istəmir. Nəticədə heç kim qanuna boyun əymir.Qırğızıstan üzrə təhlilçi Şairbek Corayev hakimiyyət mexanizmlərinin işləmədiyini deyir.“Məsələ təkcə hüquq-mühafizə orqanlarının müəyyən bir etnik qrupa qarşı ayrı-seçkiliyində deyil. Qırğızıstanda qanunlar ümumiyyətlə işləmir. İyun ayı etnik münaqişəsindən sonra təbii ki, vəziyyət daha da gərginləşib. Özbəklərlə qırğızlar arasında münasibətlər pisləşib.Qırğızıstanın ən böyük problemi qanunlara riayət edilməməsindədir .

Təhlilçilərin fikrincə, 2005-ci il seçkilərindən sonra da münaqişələr baş qaldıra bilərdi. Akayevin hakimiyyətdən salınmasından sonra hakimiyyət ələ alınmışdı. Yeni hökumətin təşkilindən sonra müvafiq addımlar atılmasa, vəziyyət nəzarətdən çıxmış olacaq.

XS
SM
MD
LG