Aprelin 9-da Bakı vaxtı ilə saat 16:00-dan 19:00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə... hərbi qulluqçu meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək».
Bu barədə Müdafiə Nazirliyinin yeni açıqladığı məlumatda deyilir.
Aprelin 8-də də saat 15:00-dan 20:00-dək cəbhə xəttində döyüş meydanından hərbçilərin meyitləri çıxarılmışdı.
Azərbaycan Müdafiə Nazirliyi döyüş meydanından çıxarılan meyitlərin sayını açıqlamamışdı.
Rusiya mediası həmin gün Azərbaycan tərəfinin – 6; Ermənistanınsa 2 meyit çıxardığını yazmışdı.