Accessibility links

Cəbhədə iriçaplı silahlarla atəşkəs pozulub


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı oktyabrın 31-də məlumat yayıb.

Nazirlik bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun mövqelərini iri çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.

Məlumatda qeyd edilir ki, erməni tərəfi 60 millimetrlik minaatanlardan, "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyi xəbərdar edib ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, son sutka ərzində Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən erməni tərəfinin atəşkəs rejiminə əməl etdiyini və Azərbaycan Müdafiə Nazirliyinin məlumatının yalan olduğunu bildirir.

Cəbhədə son gərginlik ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən sonraya təsadüf edir. Həmsədrlər oktyabrın 23-dən 25-dək regionda səfərdə olub və prezidentlərin növbəti görüşü, tərəflərin mövqelərinin dəqiqləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparıb.

Həmsədrlərin regiona səfərinin yekunları ilə bağlı birgə bəyanatında deyilir ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir.

Bundan öncə isə oktyabrın 22-də amerikal; həmsədr Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, işğal olunmuş Azərbaycan əraziləri qaytarılmayınca danışıqlarda hər hansı razılıq əldə ediləcəyi mümkün deyil. Hazırki status-kvo davamlı olan bir amil deyil.

İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, qoşunların çıxarılması danışıqlarda çoxsaylı elementlərdəndir. Bundan başqa köçkünlərin qaytarılması, sülhyaradıcı qüvvələrin yerləşdirilməsi ilkin elementlər kimi diqqətdə saxlanılır.
Ceyms Uorlik

“İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, qoşunların çıxarılması danışıqlarda çoxsaylı elementlərdəndir. Bundan başqa köçkünlərin qaytarılması, sülhyaradıcı qüvvələrin yerləşdirilməsi ilkin elementlər kimi diqqətdə saxlanılır. Bununla yanaşı, dəhliz məsələsi də danışıqların mövzusudur. Prezident Əliyev tərəfindən Dağlıq Qarabağın gələcək statusu barədə fikir irəli sürülüb. Prezident Əliyevin Dağlıq Qarabağın statusu məsələsini danışıqların predmetinə çevirməsini alqışlayırıq. Hesab edirik ki, prezidentlər bu istiqamətdə danışıqlar aparmalıdır”, Uorlik qeyd edib.

Minsk qrupunun həmsədrlərinin regina səfərindən sonra cəbhə xəttində vəziyyət gərginləşən xəttlə inkişaf edir. Həmsdərlərin səfərindən bir gün sonra Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin atəşkəsin pozulması nəticəsində həlak olduğu, bundan sonra qoşunların qarşıdurma xəttində təxribata cəhd olduğu barədə məlumat yayıb. Həmçinin rəsmi Yerevan da bir hərbçisinin həlak olduğu və cəbhə xəttində iriçaplı silahlardan atəşkəsin pozulması barədə məlumatlar yayıb.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Rusiya tərəfinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon Ermənistanın nəzarətinə keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG