Accessibility links

“İldırım" zenit-raket komplekslərindən döyüş atışları olub


Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qəfil yoxlama çərçivəsində silahlanmada olan "İldırım" zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və döyüş atışları icra edilib.

Mətbuat xidməti bildirir ki, praktiki atışlar zamanı şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində qanadlı raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən hədəflərin aşkarlanması və avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və hədəfin effektiv məhv edilməsi tapşırıqları uğurla həyata keçirilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamalar davam edir.

XS
SM
MD
LG