Accessibility links

Müdafiə naziri təxribatların qarşısının dərhal alınmasını tapşırıb


Müdafiə naziri xidməti müşavirə keçirib
Müdafiə naziri xidməti müşavirə keçirib

Oktyabrın 21-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirədə cəbhə xəttində yaranmış son vəziyyətin təhlili aparılıb, qarşıda duran vəzifələr xüsusi qeyd edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun komandanları, nazirliyin baş

Müdafiə naziri xidməti müşavirə keçirib
Müdafiə naziri xidməti müşavirə keçirib

idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər cəlb olunub.

“Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha çatdırıb”, mətbuat xidməti bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG