Accessibility links

Müdafiə Nazirliyi nöqsanlara yol verənlərlə bağlı qərarlar qəbul edib


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

“Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib”. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti Amerikanın Səsinibn nazirliyin strukturunda bir sıra vəzifəli şəxslərin vəzifələrindən uzaqlaşdırlması ilə bağlı sualının cavabında bildirib.

Mətbuat xidməti hesab edir ki, Müdafiə Nazirliyində aparılan yerdəyişmələrlə bağlı məsələdə kriminal axtarmağa ehtiyac yoxdur.

“Bu cür dəyişikliklər təbii qəbul edilməlidir. 2014-cü ilin yekunları və ondan sonrakı dövrdə müxtəlif sahələr üzrə Silahlı Qüvvələrdə aparılan yoxlamaların nəticələrindən sonra nöqsanlara yol verən hərbi qulluqçular bir neçə dəfə xəbərdar ediliblər”.

Mətbuat xidməti bildirir ki, bu kimi tədbirlər Silahlı Qüvvələrdə mütəmadi olaraq həyata keçiriləcəkdir.

“Media nümayəndələrinə bu məsələdə qeyri-adilik axtarmamağı, kimin hansı rütbədə, hansı vəzifəyə təyin olunması və kənarlaşdırılması barədə məlumatları yaymamağı bir daha tövsiyə edirik”, cavabda qeyd edilir.

Medianın məlumatlarında nazirliyin bir neçə idarə və şöbəsinin komandirlərinin yerdəyişməsi və ya vəzifədən uzaqlaşdırılmasından söhbət gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG