Accessibility links

Müəmmar Qəzzafinin oğluna ölüm hökmü çıxarılıb


Liviya məhkəməsi sabiq prezident Müəmmar Qəzzafinin oğlu Seyf Əl-İslama ölüm hökmü çıxarıb. Seyf Əl-İslam 2011-ci ildə Qəzzafini hakimiyyətdən devirmək üçün başlanmış qiyamın qarşısını almaq üçün insan ölümülə nəticələnmiş müqavimət göstərməkdə ittiham edilib.

Tripoli məhkəməsi Kəşfiyyat İdarəsinin keçmiş rəisi Abdulla Əl-Sinussi və ölkənin sabiq baş naziri Bağdadi Əl-Mahmudi də daxil ediıməklə, daha 8 nəfərə ölüm hökmü çıxarıb.

Seyf Əl-İslam bugünkü məhkəmədə iştirak etməyib. Çünki o, Tobrukda beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumətin yarı-hərbi qüvvələrı tərəfindən Zintan şəhərində saxlandığı üçün ona qarşı qarşı ölüm hökmü qiyabi olaraq çıxarılıb.

Seyf Əl-İslam insanlığa qarşı cinayət ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən də axtarılır. Beynəlxalq Cinayət Məhkəməsi Seif Əl-İslamın Qəzzafinin hakimiyyəti dövründə ən nüfuzlu şəxslərdən biri idi.

XS
SM
MD
LG