Accessibility links

Genişmiqyaslı mühacirət reydləri planlaşdırılır


Bazar günü ABŞ rəsmilərinin 2 min sənədsiz mühaciri hədəf alacaq reydlərə başlayacağı bildirilir. Onların bəzilərinin deportasiyasına hökm verilib, digərləri isə mühacirət prosedurları üçün məhkəmə qarşısına çıxmayıb.

ABŞ-ın Mühacirət və Gömrük Agentliyi (ICE) məlumatı təsdiq etməsə də, əməliyyat prezident Trampın milyonlarla qanunsuz mühacirin ölkədən çıxarılacağı vədindən 3 həftə sonraya təsadüf edir.

“Həmişə olduğu kimi ICE ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və sərhədlərin təhlüksəizliyinə hədə törədənlərin həbsinə və ölkədən çıxarılmasına üstünlük verir” - deyə, agentliyin sözçüsü Metyu Börk bildirib.

O, bazar günü əməliyyatlarına dair spesifik məlumat verməsə də, mühacirət qanunlarını pozan hər kəsin həbs edilib, ölkədən çıxarılacağını deyib.

The New York Times reydlər barədə məlumat verən ilk mətbuat orqanıdır. Qəzet yazır ki, reydlər 10 əsas şəhərdə aparılacaq və bir neçə gün davam edəcək.

Tramp administrasiyası artıq aylardır deportasiya planından danışır.

Çərşənbə günü ABŞ-ın Mühacirət və Vətəndaşlıq Xidmətinin direktoru Ken Kuççinelli bildirmişdi ki, agentlik deportasiya hökmləri çıxarılan 1 milyona yaxın mühaciri hədəf alacaq.

ICE rəsmiləri Amerikanın Səsinə deyib ki, bu insanların sayı bəlli deyil. Qurum 2018-ci ildə 256085, 2017-ci ildə isə 226119 adamın deportasiya ediləcəyini bildirrmişdi.

Senatın azlıq lideri, demokrat Çak Şumer reydləri qəddar adlandırıb. O, bunu təhlükəli insanların kökünün kəsilməsi deyil, mühacirət icmaları arasında qorxu yaymaq cəhdi adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG