Accessibility links

Təhlükə altında olan mühacir uşaqları [Video]


Təhlükə altında olan mühacir uşaqları
please wait

No media source currently available

0:00 0:02:33 0:00

İraq, Suriya, Əfqanıstan kimi müharibənin viran qoyduğu ərazilərdən gələn yüzlərlə mühacir Qərbi Avropaya keçməyə cəhd edərkən, Balkanlarda ilişib qalıblar. BMT-nin Qaçqınlar Agentliyi və BMT-nin Uşaq Fondu Serbiya höküməti ilə çalışaraq, qərar gözlədikləri müddətdə mühacirlərin övladlarının yerli məktəblərdə iştirak etməsinə nail olublar.

“Bu yaxşı şeydir və məktəb mənim xoşuma gəlir. Mənim keçmiş məktəbimdən daha yaxşıdır. Buranı xoşlayıram.”

Serbiyanın əmək naziri Zoran Djordjeviç deyir ki, hər bir uşağın təhsil almaq hüququ var.

“Biz Serbiyada müvəqqəti olan bu uşaqlara, nə qədər ki, buradadırlar, keyfiyyətli təhsil vermək istəyirik”

Covan Ristiç Məktəbi nümayəndəsi deyir ki, mühacir uşaqlarının adaptasiyası çox rahat keçib.

“Bizim məktəbə gələn bu uşaqlar yüksək mədəniyyət nümayiş etdirirlər və bizim digər şagirdlərimizlə, heç bir problemsiz dostluq münasibətləri qura bildilər.”

Amma bəzi serbiyalı ailələr bundan məmnun deyillər.

“Bu uşaqlar hazırlıqsızdır. Onların valideynləri hazırlıqsızdır. Mühit buna hazır deyil və mən düşünürəm ki, bu zərəverici olacaq. Həmin mentalitet və bizimki uyğun gəlmir.”

“Biz onlara peyvənd vurulub-vurulmadığını bilmirik. Onlar şübhəli standartları olan ölkələrdən gəlirlər. O ölkələrdə tibb şübhəli səviyyədədir. Həm də onların uyğunlaşıb-uyğunlaşmayacaqları sual doğurur. Onlar Serbiya dilini bilmirlər və başqa dindəndirlər. Başqa adətləri var.”

Bu uşaqların çoxlarının məktəbdən sonra geri dönə biləcəkləri valideynləri və qohumları var. Lakin BMT-nin hesabatında deyilir ki, müharibə və böhranlar nəticəsində ailələrindən ayrılan uşaqların sayı 300,000-ə yaxındır. Onların təhlükədədirlər. Bu afrikalı qız İtaliyaya üz tutan zaman insan alverçisinin əlinə düşüb.

“O mənə dedi ki, məni stilist dükanında iş ilə kömək edəcək. Bura gələndə isə, o məni küçəyə qoyaraq, çöldə işləməli olacağımı dedi.”

Hesabat mühacir uşaqlarının qorumasını gücləndirilməsi və insan alveri, sui-istifadə, ksenofobiya, irqçilik və ayrı-seçkilik hallarının qarşısını almağa cağırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG