Accessibility links

Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu alıb


"Zerkalo" qəzetinin icmalçısı Rauf Mirqədirov İsveçrədə siyasi mühacir statusu alıb. Bu barədə Turan agentliyinə Mirqədirov özü bildirib.

Jurnalist Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs olunmuşdu. İstintaqın ittihamına görə, onu hüquq müdafiəçisi Leyla Yunus Ermənistan xüsusi xidmətləri ilə gizli əməkdaşlığa cəlb edib.

Məhkəmə 2015-ci ildə Leyla Yunusu, onun həyat yoldaşı Arif Yunusu, eləcə də Rauf Mirqədirovu uzunmüddətli həbsə məhkum edib.

Sonradan Leyla və Arif Yunusların, eləcə də Rauf Mirqədirovun cəzaları şərti cəza ilə əvəz olunub və onlar həbsxanadan azadlığa buraxılıb.

Leyla və Arif Yunus, onların ardınca isə ailəsi daha əvvəl İsveçrədə sığınacaq alan Mirqədirov Azərbaycanı tərk edib.

XS
SM
MD
LG