Accessibility links

“İran cüzamlılarının atası” kimi tanınan Təbrizli alim vəfat edib


Məhəmməd Hüseyn Mubinin heykəli -Təbriz
Məhəmməd Hüseyn Mubinin heykəli -Təbriz

Məhəmməd Hüseyn Mubin sentyabrın 29-da Təbrizdə torpağa tapşırılıb

İranda cüzam xəstəliyinin aradan qaldırılmasında önəmli layihələr həyata keçirmiş məşhur güneyli həkim, yazar və şair Məhəmməd Hüseyn Mubin iki gün öncə 88 yaşında Təbrizdə vəfat edib.

Tibb sahəsindən əlavə türk dilində bir çox ədəbiyyat və şeir kitablarının da müəllifi olan alim, İRNA xəbər agentliyinin bildirdiyinə görə, 1959-cu ildə Təbrizin Baba Bağı kəndində yerləşən cüzamlılar evinin məsulu olaraq fəaliyyətə başlamışdı.

Məhəmməd Hüseyn Mubin
Məhəmməd Hüseyn Mubin

Mərhum Mubin həmin illərdə Dünya Səhiyyə Təşkilatının təhsil qrantı ilə Avropa və Afrika ölkələrində cüzam və digər dəri xəstəlikləri üzərində təhsil və tədqiqatla məşğul olub.

“Qanlı Çiçəklər”, “Aşıqlar”, “Qapımız açılır günəşə sarı” və uşaqlar üçün yazdığı “Açıl çətrim açıl”, “Gəl baharım gəl” və “Quş Yuvası” kimi kitabların müəllifi olan Məhəmməd Hüseyn Mubin türk dilində nəşr etdiyi əsərlərində “Şimşək” təxəllüsündən istifadə edib.

“İran cüzamlılarının atası” kimi tanınan məşhur alimin cənazəsi bu gün sentyabrın 29-da Təbrizin “Rəhmət Vadisi” məzarlığında torpağa tapşırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG