Accessibility links

İran Azərbaycanının Ərdbil şəhərində fəaliyyət göstərən ictimai fəal, yazar və “Saray” dərgisinin sahibi Müjgan Siyaminin Ərdəbildə evində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.

Bu haqda məlumat yayımlayan Günaz TVAraz News kimi internet portalları xanım Siyaminin harada saxlanıldığı və tutulmasının səbəbinin bilinmədiyini yazıblar.

Son Sekans, türkcə hekayə toplusu, Müjgan Siyami
Son Sekans, türkcə hekayə toplusu, Müjgan Siyami

“Son Sekans” adlı türkcə hekayələr toplusunun müəllifi Müjgan Siyaminin adı keçən aprel ayında İran prezident seçkilərinə namizədliyini irəli sürən azsaylı qadınlardan biri olaraq gündəmə gəlmişdi.

Həmin günlərdə İLNA xəbər agentliyi xanım Siyaminin şəklini əlində tutduğu və üzərində “dini siyasətdən ayıracağam” cümləsi yazılmış bir plakatla yayımlamışdı.

Saray Dərgisi
Saray Dərgisi

Fikirləriniz

Show comments

XS
SM
MD
LG