Prezidentin intensivləşən tənqidlərinə baxmayaraq, Ağ Ev Donald Trampın xüsusi prokuror Robert Mülleri vəzifəsindən azad etməsi niyyətini inkar edir.
Rober Müller 2016-cı il ABŞ prezident seçkiləri dövründə Tramp kampaniyası ilə Rusiya arasında bağlantıların olub-olmadığını araşdırır.
Ağ Ev sözçüsü bazar ertəsi bildirib ki, Müllerin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı heç bir müzakirə getmir.
Lakin Trampın Mülleri tənqid edən son tvitləri xüsusi prokuroru işdən azad edəcəyilə bağlı narahatlıqları artırıb.
Bəzi tanınmış respublikaçılar prezidentə bu addımı atmamağı məsləhət görürlər. Hətta onlardan biri daha uzağa gedərək bildirib ki, Tramp Mülleri uzaqlaşdırsa, bu onun prezidentliyinin sonu olacaq.