The Washington Post qəzetinin yazdığına görə, xüsusi təhqiqatçı Robert Müller prezident Trampın vəkillərinə onun istintaqın obyekti olduğunu, lakin prezidentin kriminal hədəf olmadığını deyib.
Qəzet Tramp və onun yaxın çevrəsinin Müllerin sözlərini prezidentin kriminal riskinin aşağı olduğu kimi interpritasiya etdiyini yazır.
Digərləri isə Müllerin Trampı müsahibə verməyə razı salmağa və onu qanuni risk altına almağa çalışdığını deyir.
Washington Post məlumatın Müllerin özəl istintaqından xəbərdar olan bir neçə şəxsin məlumatına əsasən yaydığını bildirir.
ABŞ-ın kəşfiyyat icması Rusiya prezidenti Vladimir Putinin 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyi qənaətindədir.
Tramp isə bunu dəfələrlə inkar edərək, Müllerin təhqiqatını günahkar axtarışı adlandırıb.
Eyni zamanda təhqiqat ilk ittihamını irəli ürüb. Londonda yaşayan alman vəkil istintaqa yalan söylədiyi üçün 30 gün müddətinə azadlıqdan məhrum və 20 min dollar məbləğində cərimə edilib.