Accessibility links

Müller 13 rusiyalıya qarşı ittiham irəli sürüb [Video]


Müller 13 rusiyalıya qarşı ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Müller 13 rusiyalıya qarşı ittiham irəli sürüb

Xüsusi nümayəndə Robert Müller cümə günü Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə əlaqədar əsaslı iddiaları əhatə edən ittihamnamə irəli sürüb.

37 səhifəlik ittihamnamədə bildirilir ki, ruslar 2014-cü ildən başlayaraq saxta sosial media postları və reklamlarından istifadə edərək ictimaiyyətdə Donald Trampın lehinə rəy yaratmağa çalışıblar.

"Müttəhimlər namizədlərə və ümumi siyasi sistemə inamsızlıq yaratmaq məqsədilə ABŞ-a qarşı informasiya müharibəsi başlatmaqda ittiham olnurlar.” - deyə, Baş Prokuror müavini Rod J. Rozensteyn bildirib.

İtiham olunanlardan 12-si Moskva lehinə əhəmiyyətli əməliyyatlar həyata keçirən və Rusiya şirkəti sayılan İnternet Araşdırma Agentliyinin işçiləridir.

Onlara qarşı Amerikanın siyasi prosesləri və seçkilərinə müdaxilə, konspirasiya, bank və pulköçürmə fırıldaqçılığı, habelə şəxsi məlumatların oğurlanması ittihamları irəli sürülüb.

Ancaq ittihamnamədə Tramp kampaniyasının rəsmilərindən heç kim layihəyə qoşulmaqda günahlandırılmayıb.

"İttihamnamədə qanunsuz layihədə iştirak edən hər hansı bir amerikalıya qarşı ittiham irəli sürülməyib. Həmçinin bu fəaliyyətin 2016-cı il seçkilərinin nəticələrini dəyişdirdiyinə dair bir iddia yoxdur.” - deyə, Rod J. Rozensteyn əlavə edib.

Öz növbəsində isə Donald Tramp istintaqı “fırıldaq” və siyasi rəqiblərinin başçılıq etdiyi “ifritə ovu” adlandırıb. O, həmçinin dəfələrlə Rusiyanın seçkilərə müdaxilə etməsini iddialarını da təkzib edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG